Çimərlikdə çılpaqlanıb  ədəbsiz hərəkətlər edən   kişini döydülər
03 fevral 2025 17:06 (UTC +04:00)

Çimərlikdə çılpaqlanıb ədəbsiz hərəkətlər edən kişini döydülər

Braziliyanın Rio-de-Janeyro şəhərindəki Kopakabana çimərliyində narahatedici hadisə baş verib. İnsanların sıx olduğu çimərlikdə lüt halda ədəbsiz hərəkətlər edən kişi görüntülənib. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, ətrafdakılar tərəfindən döyülən şəxs daha sonra çimərlik paltarında ərazini tərk edib. İnsident Rio-de-Janeyrodan 100 kilometr şərqdə yerləşən dəbdəbəli sahil şəhəri Arpoadorda oxşar hadisələrdən sonra baş verib.

Məlumata görə, çılpaq kişi arxası sahilə dayanıb, qadın isə ona qışqırıb. Çimərlikdə olan bir nəfər hirslə suya girib, kişini boğazından tutub yerə yıxıb və yumruqla vurub. Sonra başqa bir çimərlikçi gəlib kişidən oranı tərk etməsini istəyib. 

Böyük bir qrup şəxs onu mühasirəyə alaraq sillə, yumruq və təpiklərlə hücum edib. Hücuma məruz qalan şəxs daha sonra çimərlik paltarında ərazini tərk edib.

Braziliya Cinayət Məcəlləsinin 233-cü maddəsinə əsasən, ictimai yerlərdə ədəbsiz davranışlar qadağandır. Bu cinayəti törədənləri cərimə və ya 3 aydan 1 ilədək həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759

Oxşar yazılar