Cibgir qadın tutuldu
07 yanvar 2021 13:17 (UTC +04:00)

Cibgir qadın tutuldu

Ağdaşda ictimai nəqliyyatda oğurluq edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini Səlbinaz Həsənova saxlanılıb. Davam etdirilən əməliyyat-istintaq  tədbirləri zamanı saxlanılan şəxsin daha bir cinayət əməlinin üstü açılıb. Onun şəhər ərazisində xətt avtobusunda qadının çantasından pul və bank kartları oğurladığı müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi başlanılıb, S.Həsənovanın digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1683
avatar

Mehman Nəbiyev

Oxşar yazılar