Moskvada 16 yaşlı 10-cu sinif şagirdi ailə münaqişəsi zamanı intihar edib.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, Vnukovskoye qəsəbəsində məktəbdə yeni il şənliyindən sonra evə gələn qız qardaşı ilə qarşılaşıb və onu spirtli içki içərkən yaxalayıb. Bildirilir ki, qardaş baş verənləri atasına danışıb və o da qızını danlayıb.
Bir müddət sonra kişi qızının otağına girib, lakin onu görməyib və eyvanın qapısı açıq olub.
16-cı mərtəbədən özünü atan qızın cəsədi küçədə bir dirəyə ilişmiş vəziyyətdə tapılıb.
Kanal qeyd edir ki, faktla bağlı intihara təhrik maddəsi ilə cinayət işi açılıb. İntihar edən qızın dərslərindən əla qiymət aldığı bildirilir.