Cərimə meydançasında  özünü və maşını yandırdı
02 oktyabr 2024 18:28 (UTC +04:00)

Cərimə meydançasında özünü və maşını yandırdı

Qazaxıstanın Almatı şəhər sakini özünü və avtomobilini yandırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə oktyabrın 1-də günorta saatlarında baş verib. Yol polisi “Subaru” markalı avtomobili saxlayıb və sənədləri yoxlayıb. Avtomobildə yol hərəkəti qaydalarının pozulmasına görə ödənilməmiş cərimələrin olduğu üzə çıxıb. Maşın cərimə meydançasına aparılıb.

Bir müddət sonra dayanacağa gələn avtomobil sahibi avtomobilinə minərək salona və özünə benzin tökərək yandırıb.

Məlumata görə, polis sürücünü xilas edə bilib və o, çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3154

Oxşar yazılar