Cərimə meydançasına aparılan maşından nələr tapılmadı
12 yanvar 2021 12:24 (UTC +04:00)

Cərimə meydançasına aparılan maşından nələr tapılmadı

Bakıda avtomobildən külli miqdarda narkotik maddə aşkar edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 11-də saat 16 radələrində Binəqədi rayonu ərazisində “Opel” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlama zamanı sürücünün Bakı şəhər sakini R.Cavadov olması müəyyən edilib. Ödənilməyən cəriməsi olduğundan avtomobil cərimə meydançasına aparılan zaman polis əməkdaşları tərəfindən avtomobilin salonunda ağ rəngli kristallarla dolu büküm aşkar edilib. Bu zaman sürücü avtomobildən düşüb qaçmağa cəhd göstərib. Polis əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə təhvil verilib.

Avtomobilə baxış zamanı oradan əlavə 2 kiloqram 410 qram metamfetamin və marixuanaya bənzər maddə aşkar edilərək götürülüb.

# 2922
avatar

Mehman Nəbiyev

Oxşar yazılar