Cəmil Məmmədli ana və oğulu  döyməkdə ittiham olunur - RƏSMİ
17 yanvar 2023 16:31 (UTC +04:00)

Cəmil Məmmədli ana və oğulu döyməkdə ittiham olunur - RƏSMİ

Xaçmazdan olan jurnalist Cəmil Məmmədlinin nədə ittiham olunduğu məlum olub. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Lent.az-a bildirib ki, Cəmil Məmmədli iki nəfəri döyməkdə ittiham olunur: 

"Sorğunuza cavab olaraq bildirirəm ki, Məmmədli Cəmil Qiyas oğlu dekabrın 15-də rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib. 

Cəmil Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

O, saxlanılmayıb". 

# 2124
avatar

Oxşar yazılar