Cəlilabad rayonunda ümumi sahəsi 84 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb.
FHN-dən Lent.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 81 yaşlı Hətəmova Nübar Ələkbər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar təhqiqat aparır.