Cəlilabadda DƏHŞƏT:  Dayısının arvadını  öldürdü - TƏFƏRRÜAT -  YENİLƏNİB
03 iyun 2026 22:35 (UTC +04:00)

Cəlilabadda DƏHŞƏT: Dayısının arvadını öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB

2

Cəlilabad rayonunda qadının qətlə yetirilməsi ilə bağlı yeni detallar ortaya çıxıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 15 yaşlı Anar Əzizov dayısının həyat yoldaşı, 27 yaşlı Səidə Cəfərovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Aldığı xəsarətlər nəticəsində qadın hadisə yerində həyatını itirib.

Məlumata əsasən, Anarın ailəsi uzun illərdir Rusiyanın Yekaterinburq şəhərində yaşayır. Yeniyetmə bir müddət əvvəl babası tərəfindən yaxın qohumlarının yaşadığı Cəlilabad rayonuna gətirilib.

Yaxınlarının sözlərinə görə, onun psixoloji problemləri olub.

Bildirilib ki, hadisə Səidə Cəfərovanın iki azyaşlı övladını uşaq bağçasına aparmaq üçün evdən çıxdıqdan sonra baş verib.

Qətli törətməkdə şübhəli bilinən yeniyetmə hadisədən sonra ərazidən uzaqlaşıb.

Hazırda onun yerinin müəyyənləşdirilməsi istiqamətində axtarış tədbirləri davam etdirilir.

***

18:34

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Cəlilabadın Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Anar adlı şəxsin dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, qadının aldığı xəsarətlərdən hadisə yerində öldüyü bildirilir.

Məlumata görə, hadisədən sonra şübhəli şəxs qaçıb.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 886

Oxşar yazılar