Zaqataladakı kilsəni kim dağıdır?  - Nazirlikdən CAVAB - VİDEO
03 iyun 2026 14:12 (UTC +04:00)

Zaqataladakı kilsəni kim dağıdır? - Nazirlikdən CAVAB - VİDEO

0

Zaqatalada 1830-cu ildə inşa edilən və hazırda qeyri-işlək vəziyyətdə olan kilsə bərbad vəziyyətə düşüb.

Lent.az xəbər verir ki, kilsənin üzərində abidənin qorunması ilə bağlı lövhə qoyulsa da, onun xaricinə və daxilinə çoxsaylı zərər vurulub.

Abidənin içərisində çox sayda siqaret kötükləri, daxili divarlarında isə cızma-qaralar əks olunub. Hətta bəzi hissələrdə həmin yazıların yazıldığı gün də qeyd olunub. Xarici divarlarda da insan adları yazılıb. Bunlarla yanaşı çox insan içəri daxil olmaq üçün qapıdan yox, pəncərədən istifadə edir. Bu səbəbdən pəncərə hissəsində hörülmüş daşlar qoparaq dağılıb və tikilinin konstruksiyasına əlavə zərər dəyib.

Bəs görəsən, qorunan abidə niyə bu vəziyyətə düşüb? Şəhərin mərkəzində yerləşən abidəyə nəzarət olunurmu? 

Mədəniyyət Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bilirildi ki, abidə dövlət nəzarətində olsa da, naməlum şəxslər onun ətrafını çirkləndirir:

Nazirliyinin yeni strukturu - 13 şöbə, 5 sektor | Modern.az

“Zaqatala rayonunda yerləşən kilsə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi qismində dövlət mühafizəsindədir. Rayon mərkəzində yerləşən kilsənin mühafizəsinə xüsusi nəzarət olunur. Bunun üçün tarixi tikiliyə məlumat lövhəsi vurulub, ətrafı dəmir torla hasarlanıb. Eyni zamanda mütəmadi olaraq kilsənin ətrafında təmizlik, səliqə-sahman işləri görülür.

Həyata keçirilən mühafizə və maarifləndirmə tədbirlərinə baxmayaraq naməlum şəxslər tərəfindən abidənin ərazisi çirkələndirilir. Həmçinin daha öncəki vaxtlarda tarixi abidəyə müdaxilələr edilib”.

Görünən odur ki, naməlum şəxslərin kimliyini yalnız abidəyə təhlükəsizlik kamerası qoymaqla aşkar edib, hüquqi tədbirlər görülərsə, bu kimi abidələri sözün həqiqi mənasında qorumaq mümkün olar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1082

Oxşar yazılar