Başqırdıstanda kişi arvadını və qayınanasını amansızlıqla öldürüb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Tuymazı rayonunda baş verib.
68 yaşlı kişi ilə həyat yoldaşı arasında mübahisə yaranıb. Münaqişə zamanı sərxoş kişi dəhlizdə qadının üzərinə benzin tökərək onu yandırıb. Bu zaman qadın evdən çölə qaçıb. Qonşular alovu söndürməyə çalışsalar da, mümkün olmayıb. Nəticədə qadın ölüb.
Hadisə zamanı kişinin iflic vəziyyətində olan 86 yaşlı qayınanası da evdə olub və yanğın nəticəsində zərər çəkib. Yaşlı qadın da sağ qalmayıb.
Prokurorluğun məlumatında bildirilir ki, yanğın nəticəsində onların evi tamamilə yanaraq məhv olub, həmçinin qonşu mənzilə də ziyan dəyib. Faktla bağlı cinayət işi açılıb. Təqsirləndirilən şəxs isə özünü təqsirli bilmir.
İş mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.