Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
APA-nın məlumatına görə, qəza nəticəsində ölən şəxs “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1961-ci il təvəllüdlü Ə.Nağıyevdir.
Hadisə zamanı “VAZ-2106”nın sərnişinləri – 1992-ci il təvəllüdlü N.Hüseynova, 2012-ci il təvəllüdlü H.Mustafayev, 2011-ci il təvəllüdlü B.Mustafayev, 2015-ci il təvəllüdlü H.Mustafayev, həmçinin “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü S.Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib və onların müalicəsi davam etdirilir.
***
22:04
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” və “Mitsubishi Pajero” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata əsasən, yaralılar arasında azyaşlıların da olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.