Dünyanın ən qısa  beynəlxalq körpüsü: bir neçə addım aralıda başqa ölkə
03 iyun 2026 15:34 (UTC +04:00)

Dünyanın ən qısa beynəlxalq körpüsü: bir neçə addım aralıda başqa ölkə

0

“El Marko” adlı körpünün uzunluğu cəmi üç metrdir və Portuqaliya ilə İspaniya arasındakı təbii sərhəd sayılan dar Arroyo-Abrilonqo çayını keçir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, körpünün Portuqaliya tərəfində “P” hərfi həkk olunmuş daş nişan, İspaniya tərəfində isə “España” sözünün ilk hərfi olan “E” işarəsi yerləşir.

Portuqaliya və İspaniya qonşu ölkələr olsa da, fərqli saat qurşaqlarında yerləşirlər. Buna görə də körpüdən keçən insanlar saatlarının avtomatik olaraq bir saat irəli keçdiyini görürlər.

Körpü 2008-ci ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə yenidən qurulub. Tikinti işlərində həm Portuqaliyadan, həm də İspaniyadan olan işçilər iştirak ediblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar