Beton əvəzinə plastik və torpaqdan  körpülər tikilir
03 iyun 2026 12:25 (UTC +04:00)

Beton əvəzinə plastik və torpaqdan körpülər tikilir

0

Almaniyada mühəndislər avtomobil körpülərinin tikintisində beton əvəzinə plastik və torpaq qatlarından istifadə etməyə başlayıblar. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu üsulun həm daha ucuz, həm də daha ekoloji hesab etdiklərini bildirirblər. 

Kiçik və çox hündür olmayan körpülərdə konstruksiyanın ən çox yükə məruz qalan hissəsi adətən suötürücü boru və dayaq hissəsidir. Bu, körpünün hər iki sonunda yerləşən, körpü hissəsinin giriş-çıxış rampası ilə birləşməsini dəstəkləyən iri şaquli konstruksiyadır. İndiyədək bu dayaqlar əsasən dəmir-betondan hazırlanırdı.

Lakin zaman keçdikcə körpülər köhnəlir və xüsusilə dayaqların sıradan çıxması səbəbindən təhlükəli hesab olunmağa başlayır. Bu konstruksiyalarda mikroçatların yaranması nəticəsində beton faktiki olaraq “genişlənir” və möhkəmliyini itirir.

Bu problemin qarşısını almaq üçün hələ 1960-cı illərdə fransız mühəndislər beton əvəzinə sıxılmış torpaqdan istifadə etməklə təcrübələr aparıblar. Onlar belə qənaətə gəliblər ki, sıxılmış torpağı möhkəm bir tor formasında örtüyün içində saxlamaq onun genişlənməsinin qarşısını effektiv şəkildə ala bilər.

Məhz bu yanaşma hazırda Almaniyada tətbiq olunur. Alman mühəndislər böyük həcmdə sıxılmış torpaq qatlarını plastik torlarla möhkəmləndirərək yerləşdirirlər. Plastikin funksiyası körpünün ağırlığını daşımaq deyil, sıxılmış torpağın genişlənməsinin və ya sadə dillə desək, kənara yayılmasının qarşısını almaqdır.

Bu məqsədlə mühəndislər plastik torla gücləndirilmiş torpaq qatlarını armaturlaşdırılmamış sıxılmış torpaq qatları ilə növbələşdirirlər. Onlarla belə qat bir-birinin üzərinə yerləşdirilir və nəticədə dəmir-beton istifadə olunmadan, layların növbələşməsi hesabına körpünün əlavə dayağı və hissəsi formalaşdırılır.

Mühəndislərin sözlərinə görə, bu üsul həm xərcləri əhəmiyyətli dərəcədə azaldır, həm də böyük həcmdə beton istifadəsinin qarşısını aldığı üçün daha ekoloji hesab olunur. Bundan əlavə, belə konstruksiyaların zamanla davamlılığı ən azı ənənəvi beton dayaqlarla eyni səviyyədədir. Bu nəticələr onilliklər əvvəl Fransada aparılmış eksperimentlərlə də təsdiqlənib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar