Bu ölkədə  ilk:   Qadın nazirlərin sayı  kişilərdən çoxdur
03 iyun 2026 19:46 (UTC +04:00)

Bu ölkədə ilk: Qadın nazirlərin sayı kişilərdən çoxdur

0

Danimarkanın baş naziri Mette Frederiksen 21 nazirdən ibarət yeni kabinetini açıqlayıb. Ölkə tarixində ilk dəfə olaraq qadınlar nazirlərin əksəriyyətini təşkil edir. Dörd partiyalı koalisiyadan ibarət yeni hökumət, Danimarkada qadın nazirlərin kişi nazirlərdən daha çox olduğu ilk hökumətdir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, nazirlərin doqquzu Sosial demokratlardan, beşi Sosialist Xalq Partiyasından, dördü Moderatorlar Partiyadan və üçü Radikal Partiyadandır.

Paytaxt Kopenhagendə keçirilən mətbuat konfransında çıxış edən Frederiksen Sosial Demokratlar, Sosialist Xalq Partiyası, mərkəz-sol Radikal Partiya və mərkəzçi Moderatorlar arasında azlıq hökuməti qurmağa müvəffəq olduğunu söyləyib. 21 kabinet naziri ilə kameralar qarşısına çıxan baş nazir, uzun koalisiya danışıqlarından sonra 11 qadın nazirin də daxil olduğu hökumətdəki 21 nazirin adını açıqlayıb.

Yeni hökumətdə Lars Lokke Rasmussen xarici işlər naziri vəzifəsini davam etdirəcək. Keçmiş ədliyyə naziri Peter Hummelqaard yeni maliyyə naziri, Pia Olsen Dyur isə iqtisadiyyat və daxili işlər naziri, Yeppe Bruus isə müdafiə naziri təyin edilib.

Martin Lidegaard Biznes və Rəqabət naziri, Kristina Eqelund Tədqiqat, Təhsil və Rəqəmsallaşdırma naziri, Samira Nava isə İqlim, Enerji və Təchizat naziri olublar.

Təyin olunmuş nazirlər bunlardır: Nikolay Vammen (ədliyyə), Siqne Munk (şəhər, ölkə və nəqliyyat), Morten Bdskov (immiqrasiya və inteqrasiya), Maqnus Heunicke (təhsil), Ane Halsbo-Yurqensen (əmək və bərabərlik), Yakob Enqel Şmidt (vergilər və böyümə), İda Auken (səhiyyə və kilsə), Kristian Raberq Madsen (təbiət və heyvanların rifahı), Zeniya Stampe (mədəniyyət), Lisbet Beh-Nilsen (ictimai təhlükəsizlik və hazırlıq), Ceykob Mark (uşaqlar, yaşlılar və mənzil), Monika Rubin (sosial işlər və Skandinaviya əməkdaşlığı) və Mariya Roymert Qerdinq (ətraf mühit).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar