Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar aşkar edildi
14 dekabr 2021 08:44 (UTC +04:00)

Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar aşkar edildi

0

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri N. Qardaşxanov və X.Feyziyevdən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1386

Oxşar yazılar