Mariupolda çeçenlər 20 yaşlı azərbaycanlı Hüseyn Abdullayevi əsir götürüblər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu, Hüseynin özünün atasına yazdığı və sosial şəbəkələrin Azərbaycan seqmentində dərc olunan məktubundan məlum olub.
Çeçenlərin azərbaycanlını hansı səbəbdən əsir götürdükləri məlum deyil. Hüseyn Abdullayev də atasına məktubunda bunu qeyd etməyib.