Canavar qoyun sürüsünə hücum etdi - FOTO
02 oktyabr 2021 17:19 (UTC +04:00)

Canavar qoyun sürüsünə hücum etdi - FOTO

0

Yevlaxda canavar otlaqda qoyun sürüsünə hücum edib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Ərəş kəndində baş verib. Canavar kənd sakini Rövşən Quliyevin qoyunlarından bir neçəsini yaralayıb. Çobanın və itlərin müdaxiləsi ilə canavar sürüdən uzaqlaşdırılıb.

R. Quliyevin APA-ya verdiyi məlumata görə, bu, son günlərdə baş verən ilk hadisə deyil. Ərəş kəndi və ətrafında mütəmadi canavar sürüsü dolaşır və onların mal-qaraya hücumları davamlı xarakter daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2077

Oxşar yazılar