Bakıda intihara cəhd hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında Səbail rayonu, Dənizkənarı Milli Parkda yerləşən "Saat Qülləsinin" qarşısında baş verib. 51 yaşlı Əhmədov Əhməd Tahir oğlu özünü maddi imkansızlığına görə dənizə ataraq intihara cəhd etmək istəyib.
Lakin ərazidə xidmət aparan Səbail RPİ-nin PPXB-nün polis nəfərləri tərəfindən dənizdən çıxarılaraq, xilas edilib.
Qeyd edək ki, Ə. Əhmədov əvvəllər Cinayət Məcəlləsinin 177, 178, 180 və 234-cü maddələri ilə məhkum olunub.
Faktla bağlı Səbail RPİ-nin 39-cu PB-də araşdırma aparılır.