Maqadan bölgəsində miqrantlara taksi sürmək və müntəzəm sərnişindaşıma ilə məşğul olmaq üçün avtobus sürmək qadağan edilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, müvafiq sərəncamı vilayətin qubernatoru Sergey Nosov imzalayıb.
Sənədə əsasən, ictimai nəqliyyatda patentlə işləmək üçün əcnəbilərin işə götürülməsinə qoyulan qadağa 2024-cü ilə qədər qüvvədə olacaq.
Fərmanda qeyd olunur ki, nəqliyyat şirkətləri üç ay ərzində miqrantlarla əməkdaşlığı dayandırmalıdır.