İşdən çıxarılan Hacıqabul rayon prokuroru Rövşən Maqsudova yeni vəzifə verilib.
Lent.az-ın xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, o, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. İnformasiya Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiqlənib.
***
saat 10:45
Hacıqabul rayonuna yeni prokuror təyin edilib.
Lent.az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru, Zəngilan rayon prokuroru Lalə Hüseynova isə Hacıqabul rayon prokuroru vəzifələrinə təyin ediliblər.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.