Bu rayonda karantini pozan mindən çox adam cərimələndi
11 yanvar 2021 11:24 (UTC +04:00)

Bu rayonda karantini pozan mindən çox adam cərimələndi

Yanvarın 1-dək Siyəzəndə  karantin qaydalarını pozan 1052 nəfərə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, cərimə protokolları tərtib olunub və onlar məsuliyyətə cəlb olunublar. 

DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən xəbərə görə, bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində mövcud karantin qaydalarını pozaraq fəaliyyət göstərən 5 kafe-restoran aşkarlanıb və qaydaları pozan obyekt sahibləri, eləcə də müştərilər barəsində qanunamüvafiq tədbirlər görülüb. Bir yas və bir qonaqlıq məclisinin təşkil edilməsi aşkarlanıb və dərhal qanun pozuntusunun da qarşısı alınıb. 

Qeyd edilən müddət ərzində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları yaşayış yerini tərk edərək pandemiyanın yayılmasına şərait yaradan 4 nəfər aktiv COVID-19 xəstəsinin qanunazidd hərəkətinin qarşısını alıb və onlar barəsində İstintaq Bölməsində cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Mehman Nəbiyev

Oxşar yazılar