Bu rayonda 208 nəfər karantinə görə məsuliyyətə cəlb olundu
07 yanvar 2021 18:32 (UTC +04:00)

Bu rayonda 208 nəfər karantinə görə məsuliyyətə cəlb olundu

Pandemiya dövründə Daşkəsəndə 208 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki və reyd xaraketerli tədbirlər həyata keçirir.

Mütəmadi olaraq keçirilən tədbirlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 208 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb. Aparılan araşdırmalarla 6 iaşə obyektinin karantin rejiminin tələblərinə zidd fəaliyyət göstərdiyi məlum olub. Rayon Polis Şöbəsinin əməkdarşları həmin obyektlər barəsində qanunamüvafiq tədbir görüb. Bundan başqa, koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində şəhər Polis Şöbəsinin İstintaq qrupunda Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1794
avatar

Mehman Nəbiyev

Oxşar yazılar