Bu, keçmiş məhkumun evindən tapıldı
15 yanvar 2021 15:10 (UTC +04:00)

Bu, keçmiş məhkumun evindən tapıldı

Masallıda evdən külli miqdarda narkotik aşkarlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçiriblər.

Nəticədə şəhər sakini, əvvəllər məhkum olunmuş C.Mirzəyevin yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 491 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

# 1494
avatar

Mehman Nəbiyev

Oxşar yazılar