Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu narkotiklərlə bağlıdır.
Daxili İşlər Nazirliyi əməkdaşlarının mübarizə apardığı əsas problemlərdən biri də narkotiklərdir. Hər il xeyli sayda narkotacir, narkokuryer və s. satış təşkil edənlər ələ keçirilir, həmçinin külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılır. Bəs görək, 2021-ci il başlayandan bu günədək nə qədər narkotik maddə qanunsuz satışdan çıxarılıb?
Rubrikamızın sualına DİN mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev cavab verib.
O bildirib ki, DİN əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan kompleks əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində 2021-ci il yanvarın 1-dən bu günə qədər 6420 fakt aşkarlanıb:
Elşad Hacıyev
“Onlardan 2206 satış, 3763 saxlama, 393 kultivasiya-əkin və 58 digər hallar olub. Ümumillikdə 2 ton 773 kiloqram narkotik, 230 kiloqram psixotrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb”.