Yol qəzaları və əsas da piyada ölümləri ölkənin ən ciddi problemləri olaraq qalmaqda davam edir. Bununla bağlı sual dəfələrlə məsul şəxslərə yönəlsə də düzü yetərli cavab alınmayıb hələ. Yol polisi işini düz qurmur? Ya...
Sürücü deyir günah piyadadır. Lap məşhur deyimdə olduğu kimi, “günah öləndədir”. Bəs görəsən günahkar kimdir?
***
Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilən 146 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 95, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 131 nəfər saxlanılıb.
Xatırladaq ki, xüsusən də, həftəsonları ağır yol qəzaları daha çox olur. Buna səbəb isə əsasən, rayonlara səfərlərin artmasıdır.