İranla dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa edilməsi tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin İranla dövlət sərhəd xətti boyu minaladığı ərazilər DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən minalardan təmizlənir.
Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxınlığında 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.