Braziliyada təyyarə qəzası ilə bağlı üç günlük matəm elan edildi - VİDEO</span6>-YENİLƏNİB 2 </b>
10 avqust 2024 06:33 (UTC +04:00)

Braziliyada təyyarə qəzası ilə bağlı üç günlük matəm elan edildi - VİDEO-YENİLƏNİB 2

Braziliya prezidenti Luiz İnasio Lula da Silva təyyarə qəzasında həlak olanların xatirəsinə ölkədə üç günlük matəm elan edib.

Lent.az xəbər verir ki, bu barədə o, öz şəxsi “X” səhifəsində məlumat verib.

“Vinedoda baş vermiş faciəvi hadisənin 61 qurbanının xatirəsinə biz ölkədə üç günlük rəsmi matəm elan etdik”, - deyə o yazıb.

Qeyd edək ki, dünən gündüz saatlarında Voepass aviaşirkətinə məxsus ATR-72 təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarənin göyərtəsindəki 57 sərnişin və 4 ekipaj üzvü həlak olub.

***

23:16

Valinyuş şəhərinin meriyasından bildirilib ki, San-Paulu yaxınlığında qəzaya uğrayan ATR 72-nin göyərtəsində olanlardan heç biri sağ qalmayıb. 

Lent.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Təyyarədə ekipaj üzvləri ilə birlikdə 62 nəfərin olduğu bildilir.

***
23:06

Vinhedo bölgəsinin rəsmiləri Braziliyada baş verən təyyarə qəzasında heç kimin sağ qalmadığını açıqlayıb.

Lent.az xəbər verir ki, təyyarə 58 sərnişin və 4 ekipaj üzvü ilə Kaskaveldən (Parana ştatı) havaya qalxıb Quarulyos (San Paulo) istiqamətində hərəkət edib.

Təyyarə O, Vinhedo şəhərinin yaşayış massivlərindən birinin üzərinə yerə çırpılıb. Hadisə zamanı yerdə xəsarət alan olmayıb.

Qəzanın səbəbi hələ ki, məlum deyil.

***

21:57

Braziliyada qəzaya uğrayan təyyarənin göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olub.

***

21:37

Braziliyada ATR-72 sərnişin təyyarəsi qəzaya uğrayıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qəza San-Paulo ştatıı ərazisində baş verib.

Təyyarə 68 sərnişin qəbul edə bilir. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418
avatar

Oxşar yazılar