BQXK azərbaycanlı əsirlər barədə məlumat yaydı
06 dekabr 2020 11:30 (UTC +04:00)

BQXK azərbaycanlı əsirlər barədə məlumat yaydı

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabrın 27-dən bəri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkməkdə davam edib.

BQXK-nın baş çəkdiyi şəxslər sentyabrın 27-dən bəri saxlanılanlardır: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın. Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına əsasən, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin, bu şəxslərə ailə əlaqələrini saxlamaqda köməklik göstərir".

Qeyd edək ki, Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib. Amin anasına ünvanladığı məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib: "Salam, ana necəsən? mən yaxşıyam, məndən narahat olma, Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Hər kəsə məndən salam deyin. Ana sən özünə yaxşı bax. İnşallah, səni gələndə möhkəm görüm. Səni çox sevirəm, ana".

# 2147
avatar

Oxşar yazılar

Kamran Əliyev onu təqaüdə göndərdi

Kamran Əliyev onu təqaüdə göndərdi

4 mart 2024 , 15:10
Bakıda kafedə KÜTLƏVİ DAVA

Bakıda kafedə KÜTLƏVİ DAVA

4 mart 2024 , 13:33
Daha bir tələbə  vəfat etdi

Daha bir tələbə vəfat etdi

4 mart 2024 , 12:46
Azərbaycanda falçıya hökm oxundu  - Bu qədər pul aparıb

Azərbaycanda falçıya hökm oxundu - Bu qədər pul aparıb

4 mart 2024 , 11:35
Azərbaycanda DƏHŞƏT:   İtlərin parçaladığı azyaşlının vəziyyəti ağırdır -  VİDEO   - YENİLƏNİB

Azərbaycanda DƏHŞƏT: İtlərin parçaladığı azyaşlının vəziyyəti ağırdır - VİDEO - YENİLƏNİB

4 mart 2024 , 11:12
Axtarışda olan 43 nəfər saxlanıldı

Axtarışda olan 43 nəfər saxlanıldı

4 mart 2024 , 09:54
240 ədəd psixotrop maddə satan şəxslər SAXLANILDI

240 ədəd psixotrop maddə satan şəxslər SAXLANILDI

4 mart 2024 , 09:36
Tovuzda maşın piyadanı VURUB ÖLDÜRDÜ

Tovuzda maşın piyadanı VURUB ÖLDÜRDÜ

4 mart 2024 , 09:18