Moskvada ər-arvad banka olan borclarına görə intihara cəhd edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvanın şimal-şərqində ər-arvadın intiharının qarşısını alıblar.
Polisə məlumatı qızın anası verib. Bildirib ki, 20 yaşlı qızı ilə 21 yaşlı əri birlikdə intihar etmək istəyirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları gəncləri axtarmağa başlayıb və onları Altufevskoye şosesindəki evin damında əyləşib siqaret çəkərkən tapıblar. Cütlük izah edib ki, 2023-cü ilin yazında şəxsi ehtiyacları üçün kredit götürüblər. Lakin bank qarşısında öhdəliklərini yerinə yetirə bilmədikləri üçün özlərini öldürmək istəyirlər.
Onların hər ikisi psixiatriya xəstəxanasına yerləşdirilib.