“BMW”nin vurduğu moped alışdı -FOTOLENT
06 dekabr 2021 01:17 (UTC +04:00)

“BMW”nin vurduğu moped alışdı -FOTOLENT

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb. 

Metronun 20 Yanvar stansiyası istiqamətində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü yolun birinci zolağında hərəkətdə olan zaman qəflətən onun qarşısına moped çıxıb. Moped idarə edən şəxs idarəetməni itirdiyindən avtomobil ona çırpılıb. Qəza zamanı zərbə o qədər güclü olub ki, mopedin sürücüsü bir neçə metr irəliyə atılıb. Moped isə qəfil alışmağa başlayıb. Əraziyə FHN-nin DYMX-nin iki texnikası cəlb edilib. Yanğın söndürülüb. Ağır xəsarət alan şəxs Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti vasitəsi ilə xəstəxanaya çatdırılıb. Mopedi idarə edən şəxs komaya düşüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır.
 

# 1695
avatar

Oxşar yazılar