Bir rayonda 5 nəfərdən odlu silah götürüldü
25 yanvar 2021 12:06 (UTC +04:00)

Bir rayonda 5 nəfərdən odlu silah götürüldü

Şəmkir sakinlərindən odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, Fikrət Bağırovdan 1 ədəd “BROWNING S PATENT” markalı, 6.35 kalibirli, istifadəyə yarlı tapança aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə rayonun Bayramlı kənd sakini, əvvəllər məhkum olunmuş Arzuman Abdullayevin də müvafiq sənədləri olmadan, tək lüləli, 16 kalibirli və istifadəyə yararlı “İJ” markalı tüfəng saxlaması aşkar edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zəyəm-Cırdaxan kənd sakini Qənbər Hüseynovdan bir ədəd heç bir sənədi olmayan “ATM” markalı, 16 kalibirli tüfəng aşkar edilib.

Daha bir tədbir nəticəsində qanunsuz ov edən Asif Nəbiyev barəsində də qanunamüvafiq tədbir görülüb. Onun heç bir müvafiq sənədi olmadan 32 kalibirli, qoşa lüləli tüfənglə ovçuluqla məşğul olması aşkar edilib.

Rayonun Keçili kənd sakini Cahangir Məmmədovun da sənədsiz “İJ” markalı 16 kalibirli ov silahı götürülüb.

Silahların hər-hansı bir cinayətdə istifadə olunub-olunmaması öyrənilməsi üçün ekspertizaya göndərilib.

Faktlarla bağlı Şəmkir rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Bölməsində Cinayət Məcəlləsinin müvadiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1236
avatar

Mehman Nəbiyev

Oxşar yazılar