Karantin pozulan toy
09 avqust 2021 13:30 (UTC +04:00)

Karantin pozulan toy

Bir rayonda 15 toyun qarşısı alındı-FOTO

Ağdaşda şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb, bəzilərində qaydaların pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Tural”, “Səma”, “Samirə” və “Ay işığı” şadlıq saraylarında keçirilən monitorinqlər zamanı 150 nəfərdən artıq qonağın iştirak etdiyi, bəzilərinin COVID pasportu olmadığı, eləcə də xidmət personalının tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi müəyyən olunub. Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin obyektlərin sahibləri və icarədarları barəsində cərimə protokolları tərtib olunub.

Həftəsonu keçirilən yoxlamalar zamanı isə şəhər ərazisində, eləcə də rayonun Korarx, Qaradeyin, Yenicə, Ağzıbir, Qobuüstü,Binələr və Qoşaqovaq kəndlərində ümumilikdə 11 evdə keçirilən toy mərasimlərində müəyyən edilən say həddindən, yəni 50 nəfərdən artıq qonağın iştirakı aşkarlanıb və həmin toy sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2004
avatar

Mehman Nəbiyev

Oxşar yazılar