Bir ildə Bakıda yol qəzalarında ölənlərin SAYI
22 yanvar 2021 10:20 (UTC +04:00)

Bir ildə Bakıda yol qəzalarında ölənlərin SAYI

2020-ci ildə Bakı şəhəri üzrə 460 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 169 nəfər ölüb, 387 nəfər isə yaralanıb.

Lent.az-a bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Şöbə rəisi bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 109 fakt (yəni, 19.2 faiz), ölümlərin sayı 17 nəfər (yəni, 9.1 faiz), xəsarət alanların sayı isə 131 nəfər (25.3 faiz) azalıb.

Yol nəqliyyat hasidələrinin baş vermə səbəblərinə gəlincə, Vaqif Əsədov bildirib ki, manevr qaydalarının pozulması 36.3 faiz (167 fakt), sürət həddinin aşılması 27.2 faiz (125 fakt), ara məsafəsinin pozulması 12.2 faiz (56 fakt), yol ayrıcının keçmə qaydalarının pozulması 7.4 faiz (34 fakt), piyada keçidinin də keçmə qaydalarının pozulması 3.5 faiz (16 fakt) olub.

Yol-nəqliyyat hadisələrinin 57.8 faizini (yəni, 266 fakt) piyadaların vurulması təşkil edib. Nəticədə 62.7 faiz (106 nəfər) həlak olub, 43.7 faiz (169 fakt) müxtəlif dərəcəli xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar