Ötən gün külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının fevralın 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 57,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 18.2 kiloqrama yaxın heroin, 36,2 kiloqramdan artıq marixuana, 2 kiloqram tiryək, həmçinin 952 qramdan çox metamfetamin, 37 ədəd metadon, tramadol və digər həblər olub.