Ötən gün külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının yanvarın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12,2 kiloqrama yaxın heroin, 17,6 kiloqrama yaxın marixuana, 5,2 kiloqram həşiş qətranı, 21 qram tiryək, həmçinin 1,5 kiloqrama yaxın metamfetamin və 450 ədəd yüksək təsiredici xassəyə malik psixotrop maddə olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.