Abşeronda və Bakının Suraxanı, Nizami, Sabunçu və Yasaml rayonlarında yol qəzaları zamanı 5 nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisələr gecə saatlarında baş verib.
Suraxanı rayonunda yolu keçən 1987-ci il təvəllüdlü İsmayılov Təbriz Oqtay oğlunu, Nizami rayonunun Keşlə qəsəbəsində 1996-cı il təvəllüdlü Abuşov Nadir Məmməd oğlunu, Maştağa qəsəbəsində 1972-ci il təvəllüdlü İbadov Valeh Miri oğlunu, Yasamal rayonu, Hüseyn Məcidov küçəsində 1971-ci il təvəllüdlü Mehmanov Rafiq Əziz oğlunu və Abşeron rayonu, Mehdiabad qəsəbəsində 64 yaşlı Şükürov İntiqam İsmayıl oğlunu yolun müəyyən edilmiş hissəsindən keçmədikləri üçün avtomobil vurub.
Yaralılar 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.