Bir gecədə 3 nəfəri qatar   vurub öldürdü
20 yanvar 2024 13:42 (UTC +04:00)

Bir gecədə 3 nəfəri qatar vurub öldürdü

0

Bu gecə Moskvada dəmir yolu qəzasında 3 nəfər həlak olub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, onların hamısını qatar vurub.

İlk hadisə saat 22.20-də Yaroslavl istiqamətində Losinoostrovskaya stansiyasında baş verib. 39 yaşlı kişi orada ölüb. Saat 0.05-də Kazan istiqamətində Elektrozavodskaya platformasının yaxınlığında 30-35 yaşlı naməlum kişi qatarın altında qalaraq ölüb.

Saat 1.45-də oxşar hadisə Vıxino və Kosino stansiyaları arasında eyni istiqamətdə baş verib. Ölən şəxsin 29 yaşı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4888

Oxşar yazılar