Gədəbəydə meyit tapılan 38 yaşlı şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.
Lent.az-ın xəbərinə görə, Mingəçevir şəhər sakini olan 1985-ci il təvəllüdlü Nahid Həsənov tüfeyli həyat tərzi yaşayıb.
Tüfeyli həyat tərzi yaşayan Nahid Həsənovun Slavyanka kəndi ərazisində öz əcəli ilə öldüyü ehtimal olunur.
Xatırladaq ki, Nahid Həsənov bir ay əvvəl itkin düşüb.
***
saat 17.45
Gədəbəydə meyit tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.
Kənd ərazisində Mingəçevir şəhər sakini olan 1985-ci il təvəllüdlü Nahid Həsənovun meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Məlumata görə, həmin şəxs bir ay əvvəl itkin düşüb.