Bir ailənin 4 üzvü xəstəxanaya yerləşdirildi
09 yanvar 2021 04:35 (UTC +04:00)

Bir ailənin 4 üzvü xəstəxanaya yerləşdirildi

0

Şirvanda zəhərlənmə hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsi, 195 ünvanında yaşayan ailə üzvləri 1999-cu il təvəllüdlü Dadaşov Ramin Təlatüm oğlu, 2006-cı il təvəllüdlü Dadaşov Mehti Təlatüm oğlu, 1978-ci il təvəllüdlü Dadaşova Xanım Rəsul qızı və 1964-cü il təvəllüdlü Dadaşov Təlatüm Əkbər oğlu toksik zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. 

Ailə üzvləri nədən zəhərləndiklərini özləri də bilmirlər. Hal-hazırda onlara həkimlər tərəfindən yardım göstərilir. 

Həkimlərin bildirdiyinə görə xəstələrdə  dəm qazından zəhərlənmə əlamətləri müşahidə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1764

Oxşar yazılar