Binəqədidə yeni tikilən binada  yanğın -  VİDEO
07 sentyabr 2026 19:45 (UTC +04:00)

Binəqədidə yeni tikilən binada yanğın - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının tikilməkdə olan binanın ikinci mərtəbəsində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Binəqədidə yarımtikilidə yanğın olub - VİDEO

Binəqədidə yarımtikilidə yanğın olub - VİDEO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar