Biləsuvarda qəza: 3 YARALI
05 iyun 2023 22:27 (UTC +04:00)

Biləsuvarda qəza: 3 YARALI

Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə rayonun Nəsimikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

İlkin məlumata görə, nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər - 1977- ci il təvəllüdlü Rabil Əsgərov, onun həmyaşıdı Şamil Pənayev və 1980-ci il təvəllüdlü Təyyar Əliyev xəsarət alıb. 

Yaralılar xəstəxanaya çatdırılıb. Hər üç şəxsə müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2060

Oxşar yazılar