Biləcəridə zəncirvari qəza - “Kamaz” bir neçə maşını əzdi
05 may 2026 23:48 (UTC +04:00)

Biləcəridə zəncirvari qəza - “Kamaz” bir neçə maşını əzdi

0

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində zəncirvari qəza qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb “Kamaz” markalı yük avtomobilinin işıqforun qırmızı işığında dayanmayaraq hərəkətini davam etdirməsi olub.

Nəticədə yük avtomobili qarşısında hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb və zəncirvari qəza baş verib.

Hadisə zamanı “Kamaz”ın sürücüsü xəsarət alıb. Digər avtomobillərə isə ciddi ziyan dəyib.

Qəza səbəbilə ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub və görülən tədbirlər nəticəsində tıxac aradan qaldırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar