Beyləqanda körpə öldü  - YENİLƏNİB
10 may 2025 13:56 (UTC +04:00)

Beyləqanda körpə öldü - YENİLƏNİB

MAyın 9-da saat 16 radələrində Beyləqan rayonunda körpə oğlan uşağı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Lent.az-a bildirilib ki, 2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 16:10-da azyaşlının ölüm faktı qeydə alınıb.

***
11:54

Beyləqan Mərkəzi rayon Xəstəxanasında körpə ölümü baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Belə ki, 2025-ci il təvəllüdlü körpə xəstəxanaya gətirilib. Onun səhhəti ağır olduğu üçün həyatını xilas etmək mümkün olmayıb.

O, reanimasiya şöbəsində keçinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1666

Oxşar yazılar