Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq işçilərin və bir neçə müştərinin müvafiq COVİD-19 pasportlarının olmadan fəaliyyət göstərməsini aşkarlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal obyekt barəsində qanuna müvafiq tədbir görüb.
Obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat, orada işləyən və müştərilər barəsində isə eyni maddənin tələbi ilə 200 manat cərimə edilib.