Ədliyyə Nazirliyi son 5 ildə Azərbaycana ekstradisiya edilən cinayətkarların sayını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumilikdə ötən 5 il ərzində 200 nəfərədək cinayətkarın Azərbaycana ekstradisiyası təmin olunub. Bununla da cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.