Bərdədə "Volqa" aşdı: iki nəfər... -  FOTO
04 oktyabr 2021 19:28 (UTC +04:00)

Bərdədə "Volqa" aşdı: iki nəfər... - FOTO

0

Bərdə rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Şahvəlilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

10 KT 731 dövlət nömrə nişanlı, “Volqa QAZ-3110” markalı minik maşını idarəetməni itirərək yol kənarına aşıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onların kimliyi hələ ki məlum deyil. Hər iki yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2126

Oxşar yazılar