Bərdədə maşından avtomat tapıldı
29 sentyabr 2023 16:47 (UTC +04:00)

Bərdədə maşından avtomat tapıldı

Bərdədə silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini A.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış keçirilib.

Bu zaman avtomobildən Kalaşnikov konstruksiyalı “AMD” markalı avtomat, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

# 1644
avatar

Oxşar yazılar