Bərdədə çoxmənzilli binadakı yanğınla bağlı YENİ MƏLUMAT  -YENİLƏNİB
29 oktyabr 2021 09:38 (UTC +04:00)

Bərdədə çoxmənzilli binadakı yanğınla bağlı YENİ MƏLUMAT -YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyi Bərdədə baş verən yanğınla bağlı məlumat yayıb.

Lent.az-ın FHN-in saytına istinadən xəbərinə görə, Bərdə şəhərində ümumi sahəsi 640 m² olan, bir dam altında tikilmiş birmərtəbəli onüçmənzilli yaşayış binasının yanar konstruksiyaları (arakəsmə divarları taxta konstruksiyalardan, kərpicdən, dam örtüyü qır və qamışdan ibarət) və qismən ev əşyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

 

***

 

04:35

APA-nın yerli bürosunun xəbərinə görə, yanğın nəzarət altına alınıb.

*** 

02.51

Bərdədə çoxmənzilli binada yanğın baş verdi.

Lent.az-ın xəbərinə görə, hadisə Heydər Əliyev prospektində, rayon icra hakimiyyəti binasının yaxınlığında qeydə alınıb.

Əraziyə yanğınsöndürən briqada cəlb olunub. ətraf binalardan əhali təxliyə edilib. Qonşu rayonlardan kömək üçün əlavə qüvvə çağırılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10469

Oxşar yazılar