Azərbaycanda bir ailənin 4 üzvü qidadan zəhərləndi.
Lent.az xəbər verir ki, hadisə Bərdə rayonunda qeydə alınıb.
Dekabrın 7-si saat 08 radələrində 57 yaşlı Vüqar Həmid oğlu Əliyev, arvadı 57 yaşlı Elza, oğlu 31 yaşlı Şəmistan və onun arvadı 19 yaşlı Təhminə yaşadıqları Xanərəb kəndidəki evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Təhminənin vəziyyəti ağır, digərlərinin vəziyyəti qənaətbəxşdir.