Bələdiyyənin köhnə binası yandı
11 yanvar 2022 00:50 (UTC +04:00)

Bələdiyyənin köhnə binası yandı

0

Yanğın gecə saatlarında Lənkəran rayonunun Vilvan kəndində yerləşən binada qeydə alınıb. 

Lent.az-ln APA-ya istinadla verdiyi xəbərə görə, ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli binanın 50 kvadratmetr sahədə yanar konstruksiyaları və dam örtüyü yanıb. Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın lokallaşdırılıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın nəticəsində xəsarət alan olmayıb.  

Qeyd edək ki, keçən əsrin 70-ci illərində tikilmiş bina 7 otaqdan və 1 dəhlizdən ibarətdir. Burada fəaliyyət göstərən bələdiyyə bir müddət əvvəl yeni binaya köçürülüb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1414

Oxşar yazılar